Nazir müavini: Direktorun məktəbli forması və ləvazimatın alınması üçün valideyn qarşısında tələb qoyması qanunsuzdur


Digərləri 12 Sen 2018 18:44:00 289 0

Nazir müavini: Direktorun məktəbli forması və ləvazimatın alınması üçün valideyn qarşısında tələb qoyması qanunsuzdur

İstər məktəbli forması, istərsə də məktəb ləvazimatının əldə olunması ilə bağlı direktor və ya orada çalışan hansısa işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır.

Bakı. İlhamə İsabalayeva - İstər məktəbli forması, istərsə də məktəb ləvazimatının əldə olunması ilə bağlı direktor və ya orada çalışan hansısa işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib. M.Vəliyevanın sözlərinə görə, idarəyə bu kimi siqnallar daxil olduqda müvafiq addımlar atılır: "Heç bir məktəb rəhbərliyinin əlində əsas yoxdur ki, valideyni bu və ya digər məktəbli formasını almağa məcbur etsin. Sadəcə olaraq, ümumi yanaşma odur ki, məktəblərin ümumi nizamnaməsinə görə, şagirdlər məktəbli formasında gəlməlidirlər. Məktəbli formasını məktəb özü müəyyənləşdirir".