Tailandda hərbi patrula hücum


Dünya 12 Sen 2018 18:36:00 288 0

Tailandda hərbi patrula hücum

Tailandın cənubundakı Pattani əyalətində silahlı şəxslər hərbi patrula hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi həlak olub, dörd nəfər isə yaralanıb.

Qeyd olunur ki, hərbçilər bölgədə patrul xidməti həyata keçirərkən onlara pusqu qurulub.