Sneyderə vida oyunu üçün xüsusi forma


İdman 12 Sen 2018 18:34:00 261 0

Sneyderə vida oyunu üçün xüsusi forma

Hollandiya yığmasının sabiq futbolçusu Uesli Sneyder üçün xüsusi forma hazırlanıb.Goal.az xəbər verir ki, dizaynerlər bu yaxınlarda milli karyerasını bitirən Sneyderin Hollandiya yığmasında 15 il ərzində geyindiyi formaların hərəsindən bir parça götürməklə, xüsusi forma hazırlayıblar.

Formanın sinəsində isə DÇ-2010-un 1/4 finalında keçirilən Hollandiya - Braziliya görüşünün emlembi yer alıb. Sneyder həmin qarşılaşmada Braziliyanın qapısına 2 qol vuraraq, Hollandiyanı yarımfinala çıxarmışdı. Uesli bu ilin mart ayında milli karyerasını bitirdiyini bildirmişdi. O, Hollandiya yığmasında vida oyununu sentyabrın 6-da Peruya qarşı keçirib.

Sneyder Hollandiya yığmasının heyətində 134 oyun keçirib, 31 qol vurub. Hazırda o, Qətərin “Əl-Qarafa” klubunda çıxış edir.