Samuxda məktəblilər Beynəlxalq Sülh Gününü qeyd ediblər (FOTO)


Digərləri 12 Sen 2018 18:31:00 266 0

Samuxda məktəblilər Beynəlxalq Sülh Gününü qeyd ediblər (FOTO)

Bilik Fondu Samuxda “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” təşkil edib

Bakı. Prezident yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə Rayon Təhsil Şöbəsi şəhərin 3 saylı tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə “Qoy həmişə sülh olsun!” şüarı altında “dəyirmi masa” təşkil edib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, görüşü açan fondun yerli nümayəndəsi Nuridə Həsənova Beynəlxalq Sülh Günü barədə görüş iştirakçılarına məlumat verib. Qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və ermənilər tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması halları yaşanır. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həlli istiqamətində əməli işlər görür.