Nazir: "Şagirdlərin dərs yükü bizi narahat edir"


Digərləri 12 Sen 2018 18:16:00 251 0

Nazir: "Şagirdlərin dərs yükü bizi narahat edir"

"Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdrilməsi ilə bağlı kifayət qədər iş aparılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbədaxili qiymətləndirmə layihəsi Təhsil Nazirliyinin sabah keçiriləcək kollegiyasında geniş müzakirə ediləcək. Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq.

Nazir qeyd edib ki, son 5 il ərzində təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində müsbət dinamika olub.

C.Bayramov əlavə edib ki, gələn il məktəbəqədər təhsillə əhatə olma səviyyəsinin yüksəldilməsi və bunun bütün ölkə üzrə əhatə olunmasına çalışılacaq.

Təhsil naziri onu da qeyd edib ki, məktəbə vaxtında getmək göstəricisi təhsilin əsas göstəricilərindəndir. Məktəbə məktəb yaşından gec getmək üzrə 2012-ci ildə olan 12 faizlik göstərici 2 dəfə enib və hazırda bu göstərici 6 faizdir. C.Bayramov növbəti tədris ilində bunu aşağı salmağın əsas hədəflərdən olduğunu da söyləyib.