Prokuror “Lotu Quli”nin adamına 13 il iş istədi


Digərləri 12 Sen 2018 17:52:00 290 0

Prokuror “Lotu Quli”nin adamına 13 il iş istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı avtoritet Rüfət Əmirov və Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrəhimova cəza istənilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K. Əmirovun 14, R. Əmirov və R. Kərimovun hər birinin 13, E. Hüseynovun 12, İ. İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses sentyabrın 19-da davam etdiriləcək.