BDU ilə Türkiyə ali təhsil müəssisəsi memorandum imzalayıb


Digərləri 12 Sen 2018 17:47:00 226 0

BDU ilə Türkiyə ali təhsil müəssisəsi memorandum imzalayıb

Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb. BDU-dan Trend-ə verilən məlumata görə, universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor A.Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor A.Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.