Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı


Digərləri 12 Sen 2018 17:36:00 214 0

Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilərək həbs olunan Lalə İsrafilovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi Cinayət Məcəlləsinin 124.1-ci (səhlənkarlıqdan adam öldürmə) maddəsinə dəyişdirilib və L.İsrafilovaya 3 il şərti cəza təyin edilib.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.