Azərbaycan-Çexiya biznes forumu keçirilib


Digərləri 12 Sen 2018 17:38:28 262 0

Azərbaycan-Çexiya biznes forumu keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Bakı. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib. Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Çexiya arasında müxtəlif sahələri, o cümlədən iqtisadi sahəni əhatə edən 25 sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2 mlrd. dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediblər. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2,4 dəfə, 2018-ci ilin yanvar-iyun ayları ərzində 2,1 dəfə artıb. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i Azərbaycanın payına düşür. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib və bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür. “Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda yük maşınlarının yığılması barədə əməkdaşlığa dair Memorandum imzalanıb və hazırda bu sahədə hazırlıq işləri davam etdirilir. Ölkələrimiz avtomobil və dəmir yollarının yenidənqurulması, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, vaqonların istehsalı, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir. Nazir Azərbaycanda xarici investisiyalar və iş adamları üçün yardaılmış imkanlar barədə də məlumat verərək qeyd edib ki, Azərbaycan stabil ölkədir, regionun siyasi və iqtisadi mərkəzidir, müasir infrastruktur yaradılıb, tranzil potensialı genişdir. Cənubi Qafqazda ÜDM istehsalının 60%-dən çoxu Azərbaycanın payına düşür. Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə apardığı sorğunun nəticələrinə görə, xarici investorların 65%-i Azərbaycandakı mövcud makroiqtisadi vəziyyəti müsbət, 89%-i isə ölkənin makroiqtisadi perspektivlərini yaxşı və stabil kimi qiymətləndiriblər.