Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı


Kriminal 12 Sen 2018 17:20:00 285 0

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Son.az xəbər verir ki, bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər - T.Dokşitser adına "New life brass" kvinteti, "Dədə Qorqud" kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Festivalın təntənəli açılış mərasimi 18 sentyabr Heydər Əliyev Sarayında baş tutacaqdır. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcəkdir (solist Xalq artisti Murad Adıgözəlzadə).