Əlavə buraxılış imtahanının nəticələri açıqlanıb


Digərləri 12 Sen 2018 17:27:00 238 0

Əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Sentyabrın 8-də keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə imtahanların nəticələrini elan edib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.