20 direktor müavini, 9 müəllim işdən çıxarıldı


Digərləri 12 Sen 2018 17:16:00 249 0

20 direktor müavini, 9 müəllim işdən çıxarıldı

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu idarənin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

M.Vəliyevanın sözlərinə görə, BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.