Aydın Məmmədov: "Belə yarışlar gənclərin idmana cəlb olunmasında təbliğat rolunu oynayır"


İdman 12 Sen 2018 16:46:00 59 0

Aydın Məmmədov: "Belə yarışlar gənclərin idmana cəlb olunmasında təbliğat rolunu oynayır"

Azərbaycan idmançıları Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən III Dünya Köçəri Oyunlarında iştirak ediblər. Komandamız bu yarışda 10 idman növündə mübarizə aparıb. Təmsilçilərimizin çıxışı, yarışların təşkili barədə məlumat almaq üçün nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədovla görüşdük.

 

- Ümumdünya Köçəri Oyunları nəvaxtdan keçirilir?

- 2012-ci ildə Qırğızıstan hökuməti bu cür yarışın təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Əvvəlcə turnirin iştirakçı ölkələrin idman nazirlikləri səviyyəsində keçirilməsi nəzərdə tutulmuşdu. 2013-cü il avqustun 16-da Qəbələdə ölkə prezidentlərinin iştirakı ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  Zirvə toplantısında qərara alındı ki, Ümumdünya Köçəri Oyunları iki ildən bir təşkil edilsin. Yarışın proqramı hazırlandı. İştirakçı ölkələr idman növlərini təqdim etdilər. Beləliklə, geniş miqyaslı bir yarışın əsası qoyuldu.  Zaman keçdikcə iştirakçı ölkələrin sayı artmağa başladı. Məsələn, 2014-2016-cı illərdə Köçəri oyunlarında 30-40 ölkə mübarizə aparırdısa, bu il iştirakçı ölkələrin sayı 74-ə yüksəlmişdi.

  - İdmançılarımız hansı nəticələri əldə ediblər?

- 2016-cı ildə atletlər 23 idman növündə mübarizə aparırdı. Azərbaycan  yarışda 52 nəfərlik nümayəndə heyəti ilə təmsil olunurdu. Yarış komandamız üçün uğurlu keçdi. İdmançılarımız vətənə 4 qızıl, 4 gümüş, 7 bürünc medalla döndülər.  40 ölkə arasında aparılan mübarizədə 15 medal əldə etmək pis nəticə deyil. Bu il də ümumi medal sayımız 15 oldu, ancaq kəmiyyət baxımından əvvəlki yarışı daha uğurlu hesab etmək olar. Növbəti yarışa çox ciddi yanaşacağıq. Hətta elə sabahdan 2020-ci ildəki yarış üçün hazırlıqlara başlayacağıq.

 

- Turnir komandamız üçün necə keçdi? Əldə edilən nəticəni qənaıtbəxş saymaq olarmı?

- III Ümumdünya Köçəri Oyunları senyabr ayının 2-8-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirildi. Qeyd etdiyim kimi, yarışda iştirak etmək istəyən ölkələrin sırası genişlənməkdədir. Bu dəfə 74 ölkədən 1976 idmançı qalib adı uğrunda yarışırdı. Bu qədər idmançının mübarizəyə qoşulması Köçəri Oyunlarının nüfuzundan xəbər verir. Ölkəmiz bu yarışda 28 idmançı, 6 məşqçi ilə təmsil olunurdu. Oyunlarda ədaləti ölkəmizdən 3 hakim qoruyurdu. İdmançılar 37 idman növündə qələbə uğrunda yarışırdılar. Komandamız 10 idman növündə qüvvəsini sınadı. İdman növləri arasında milli güləş, pəhləvan güləşi, mas-restlinq, kəmər güləşi,qol güləşi , tekboro, milli oxatma,alış güləşi kimi növlər yer almışdı. Yeri gəlmişkən deyim ki, alış güləşi üzrə yarışlar proqrama dünya çempionatı kimi daxil edilmişdi. Turnirdə təmsilçilərimiz 1 qızıl, 6 gümüş, 8 bürünc medal əldə etdilər. Milli güləşdə 60 kq çəki dərəcəsində mübarizə aparan Cəlal Süleymanov ölkəmizə qızıl medal qazandırdı. Alış güləşi üzrə keçirilən yarışda isə Gözəl Zutova 75 kq çəkidə ikinci oldu. Əldə edilən nəticələri qənaətbəxş adlandırmaq olar. Bununla belə, daha yaxşı nəticə əldə edə biləcəyimizi düşünürəm. İştirakçı ölkələrin və idmançıların çoxluğu rəqabəti də artırıb. Təşkilatçılar bəzi idman növlərində çəki dərəcələrini azaltmışdılar. Məsələn, 2016-cı ildə milli güləşdə 5 çəki dərəcəsində yarışlar keçirilirdi. Bu dəfə isə bu növdə 3 çəki dərəcəsinə yer verilmişdi. Yeri gəlmişkən, qeyd edim ki, Qırğızıstanda yarışlardan başqa, “Etno” adlı tədbir də keçirildi. Burada milli adət-ənənələr, milli mətbəx, əl işləri nümayiş olunurdu. Hər bir ölkə özünün milli mədəniyyətini təqdim edirdi.

 

- Dünya Köçəri Oyunlarında iştirakın ölkəmiz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bu oyunlar tamamilə qədim idman növlərini əhatə edir. Burada iştirak edənlər özünü sanki qədim dövrlərdə hiss edir. Çünki, bu yarış bütünlüklə qədim adət-ənənələrə söykənir, tarixi xatırladır. Digər tərəfdən, belə yarışlar gənclərin idmana cəlb olunmasında təbliğat rolunu oynayır. Gələcəkdə zorxana və çovqan idman növlərinin yarışın proqramına salınmasına çalışacağıq. Bu növlərin mövcudluğu medal sayımızda da artıma səbəb olacaq. III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaqlar da dəvət almışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu,“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov fəxri kürsüdə yer alan idmançılara medallar təqdim etdilər. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də yarışları izlədilər. Nüfuzlu insanların yarışları izləməsi idmançılarımız üçün əlavə ruh yüksəkliyi yaradırdı.

 

 

- Köçəri Oyunlarında təşkilatçılıq barədə nə deyə bilərsiniz?

- Azərbaycanda idmanın inkişafına xüsusi dövlət qayğısı var. Respublikamızın əksər bölgələrində olimpiya idman kompleksləri, müasir tələblərə cavab verən idman qurğuları fəaliyyət göstərir. Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı, bütün sahələrdə olduğu kimi, idmanı da geniş əhatə edir. Elə bunun nəticəsidir ki, ölkəmizin idmançıları müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər. Azərbaycan bir sıra nüfuzlu idman yarışlarının təşkilatçısı olub. I Avropa Oyunları, İslam Həmrəylik oyunları, Formula 1 yarışları, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları ölkəmizdə yüksək səviyyədə keçirilib. Paytaxtımız Bakı bu il futbol üzrə Avropa Liqasının final matçına ev sahibliyi edəcək. Ölkəmizdə keçirilən yarışlarda təşkilatçılıq hər zaman yüksək səviyyədə olur. I Avropa oyunlarında, eləcə də İslam Həmrəyliyi oyunlarında vitse-prezident Mehriban Əliyeva təşkilat komitəsinin sədri idi. Yarışlara hazırlıq prosesində ən kiçik detallara belə xüsusi diqqət ayrılırdı. Digər mötəbər turnirlərdə də təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. Bu baxımdan, Qırğızıstanın təşkil etdiyi yarışda müəyyən çatışmazlıqlar vardı. Xüsusilə də, informasiya mübadiləsində ciddi problemlər mövcud idi. İdmançıların qidalanmasında da müəyyən çatışmazlıqlar özünü göstərirdi. Bununla belə, yarışların keçirilməsi üçün yaxşı şərait yaradılmış, yeni idman qurğuları inşa olunmuşdu. Bu üçüncü yarış idi və hər dəfə irəliləyiş hiss olunur. 

Azərbaycana əlavə 100 pambıqyığan kombayn gətirilib like
  • 12 Sen 16:38  
Digərləri Azərbaycana əlavə 100 pambıqyığan kombayn gətirilib

"Azərbaycana əlavə 100 pambıqyığan kombayn gətirilib".

arrow Ətraflı
Bir ay ərzində 146 miqrant Azərbaycandan çıxarılıb like
  • 12 Sen 16:35  
Digərləri Bir ay ərzində 146 miqrant Azərbaycandan çıxarılıb

Dövlət Miqrasiya Xidməti avqust ayına olan statistik məlumatları açıqlay

arrow Ətraflı
Baş katib: Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq like
  • 12 Sen 16:30  
Digərləri Baş katib: Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq

Ərazi mübahisəsi həll olunanadək Yaponiya Rusiya ilə sülh müqaviləsi im

arrow Ətraflı
İraqda partlayış like
  • 12 Sen 16:30  
Dünya İraqda partlayış

İraqda avtomobil partlayıb.

arrow Ətraflı
Barcelona-nın baş məşqçisi gedə bilər like
  • 12 Sen 16:23  
İdman Barcelona-nın baş məşqçisi gedə bilər

Barcelona-nın baş məşqçisi Ernetso Valverde mövsümün s

arrow Ətraflı
Erməni Kardaşyanın bacısı: like
  • 12 Sen 16:22  
Digərləri Erməni Kardaşyanın bacısı:

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları y

arrow Ətraflı
Toydan sonra ilk dəfə görüntüləndilər like
  • 12 Sen 16:18  
Digərləri Toydan sonra ilk dəfə görüntüləndilər

Ötən günlərdə ailə quran aktyor Mert Fırat və həyat yoldaşı İdil Fı

arrow Ətraflı
"Şərq" qəzetində "Nuru Paşa Odası" yaradıldı like
  • 12 Sen 16:10  
Digərləri "Şərq" qəzetində "Nuru Paşa Odası" yaradıldı

Bu gün "Şərq" qəzeti ənənəsinə sadiq qalaraq xalqımızın tal

arrow Ətraflı
Azərbaycanda gənc səfirlərin seçimi başlayır like
  • 12 Sen 16:10  
Digərləri Azərbaycanda gənc səfirlərin seçimi başlayır

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Azər

arrow Ətraflı