Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı


Digərləri 12 Sen 2018 16:46:49 207 0

Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilərək həbs olunan Lalə İsrafilovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi aprllyasiya şikayətinə baxılıb.

Bakı. Samir Əli - Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilərək həbs olunan Lalə İsrafilovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi Cinayət Məcəlləsinin 124.1-ci (səhlənkarlıqdan adam öldürmə) maddəsinə dəyişdirilib və L.İsrafilovaya 3 il şərti cəza təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.