ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsi tərəflərinin siyasi iradəsi olmalıdır ki, irəliləyiş əldə edilsin


Digərləri 12 Sen 2018 16:21:00 230 0

ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsi tərəflərinin siyasi iradəsi olmalıdır ki, irəliləyiş əldə edilsin

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin siyasi iradəsi olmalıdır ki, irəliləyiş əldə edilsin.

Bakı. Elçin Mehdiyev - "Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik". Trend-in məlumatına görə, bunu ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun". T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır: "Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir: “Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin