Deputat yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz etdi


Digərləri 12 Sen 2018 16:02:00 220 0

Deputat yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz etdi

Deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Teatr və teatr fəaliyyəti haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı J.Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etirazını bildirib.

O qeyd edib ki, siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz: "Elə isə bədii əsər yazanlara da bu qadağa tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər. Bu, nə dərəcədə doğrudur?"