Bu il nikaha daxil olmaq istəyən 105 nəfərdə QİÇS aşkar olunub


Digərləri 12 Sen 2018 16:06:00 263 0

Bu il nikaha daxil olmaq istəyən 105 nəfərdə QİÇS aşkar olunub

Azərbaycanda 1 iyun 2015-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Son.az xəbər verir kİ, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, talassemiyanın profilaktikası labaratoriyasında ümumi 457 422 nikaha daxil olan şəxs müayinədən keçib, onlardan 16 847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb.

2018-ci il 1 yanvar tarixindən 31 avqustadək cəmi müayinə olunanların sayı 93 138, onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.