Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi


Digərləri 12 Sen 2018 15:42:00 238 0

Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.