Bədənini arılar örtsə də, arzusuna çatmadı
Digərləri 12 Sen 2018 15:50:00 337 0
Səudiyyə Ərəbistanının vətəndaşı Züheyr Fətani ölkəsinin tanınmış arıçılarından biridir. O, adının rekordsmen qismində Ginnesin Rekordlar Kitabına düşməsi üçün ikinci dəfə cəhd göstərib.
Son.az Daily Mail-ə istinadən bildirir ki, bədənin arılarla örtülməsi ilə bağlı rekord çinli Ruan Lyaominə məxsusdur. Ginnesin Rekordlar Kitabında qeydə alınmış bu rekorda görə, Lyaominin bədənini 63,7 kq ağırlığında "arı təbəqəsi" örtmüşdü.
Fətani bu rekordu təzələmək və bədənində 100 kq arı saxlamaq niyyətində idi.
İlk cəhdində o, 56 kq arını bədənində saxlaya bilmişdi.
Mənbə: milli.az