Sporting Qarabağ-la oyuna görə 3 futbolçuya istirahət verib


İdman 12 Sen 2018 15:44:00 291 0

Sporting Qarabağ-la oyuna görə 3 futbolçuya istirahət verib

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya Sporting-i Liqa Kubokunda Maritimo ilə matçda bir neçə futbolçusunun xidmətindən istifadə etməyəcək. Goal.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Joze Pezeyru həmin oyunçulara Avropa Liqasının qrup mərhələsində Qarabağ-la keçirəcəkləri ilk tur qarşılaşmasında şans verəcək.

58 yaşlı mütəxəssis yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesi Ağdam təmsilçisi ilə oyuna hazırlayacaq. Bu isə heyətə düşməkdə çətinlik çəkən Brunu Qaşpar, Jeremi Matyö, Yosip Mişiç, Markus Vandel və Karluş Mane üçün fürsət ola bilər.

Portuqaliya Liqa Kubokunda keçiriləcək Sporting - Maritimo matçı sentyabrın 16-sı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Sporting - Qarabağ oyunu isə bu matçdan 4 gün sonra eyni saatda start götürəcək.