Roma De Rossi və Cengizlə bağlı qərarını verib


İdman 12 Sen 2018 15:26:00 257 0

Roma De Rossi və Cengizlə bağlı qərarını verib

Roma iki futbolçusu - Cengiz Ündər və Daniele de Rossi ilə bağlı qərar verib. Goal.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi ilinə 800 min avro qazanan Cengiz Ündərlə 16 ildir Roma-nın şərəfini qoruyan Daniele de Rossinin müqaviləsini uzatmağı planlaşdırır.

Peşəkar karyerası ərzində yalnız Roma-nın şərəfini qoruyan de Rossi, 2001-ci ildən “canavarlar”ın formasını geyinir. Türkiyə millisinin üzvü Cengiz Ündər isə 2017-ci ildə Başakşehir-dən Roma-ya transfer olunmuşdu.