Gerye: "Baş məşqçi hansı mövqeyə qoysa, orada oynamağa hazıram"


İdman 12 Sen 2018 15:07:00 268 0

Gerye: "Baş məşqçi hansı mövqeyə qoysa, orada oynamağa hazıram"

Qarabağ-ın haitili yarımmüdafiəçisi Donald Geryeölkəsinin mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu fərqli mövqelərdə oynamaq iqtidarında olduğunu qeyd edib.

“Mən universal futbolçuyam. Müdafiə və yarımmüdafiənin cinahlarında, hətta hücumda da oynaya bilərəm. Klubda olduğu kimi, millidə də istənilən mövqedə oynaya bilərəm. Bu, oyunun intensivliyindən, komandanın oyun üslubundan asılıdır. Baş məşqçi hansı mövqeyə qoysa, orada oynamağa, onun arzusunu yerinə yetirməyə hazıram".

2017-ci ilin yayında Qarabağ-a gələn Gerye ilk vaxtlarda hücumameylli yarımmüdafiəçi kimi çıxış etsə də, sonradan Qurban Qurbanov onu müdafiənin solunda – Ansi Aqollinin mövqeyində sınamağa başlayıb.