Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi


Digərləri 12 Sen 2018 15:09:00 193 0

Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.