Azərbaycandakı qanunsuz tikililərin yarıdan çoxu paytaxtdadır


Digərləri 12 Sen 2018 14:50:39 200 0

Azərbaycandakı qanunsuz tikililərin yarıdan çoxu paytaxtdadır

Azərbaycanda təxminən 500 min qanunsuz tikili aşkar edilib

Bakı. Azərbaycanda təxminən 500 min qanunsuz tikili aşkar edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. O bildirib ki, bu tikililərdən təxminən 300 mini Bakıda yerləşir. Komitə rəhbəri vurğulayıb ki, qurum müntəzəm olaraq monitorinqlər keçirir və zəruri tədbirlər görür.