Məşhur kurortda yanğın:


Dünya 12 Sen 2018 14:47:04 259 0

Məşhur kurortda yanğın:

Fransanın Yuxarı Savoy əyalətində, Monblan dağ silsiləsindəki Eqiy de Qran Monte dağında yerləşən kurortda yanğın baş verib.

Son.az European-a istinadən bildirir ki, dəniz səviyyəsindən 6400 metr yüksəklikdəki kanat yolu stansiyasında başlanmış yanğın 2 saat davam edib. Nəticədə kanatlar yanıb, kanat yolu sıradan çıxıb.

Yanğından qalxan tüstü 25 km aralıdan görünüb.

Şamoni vadisindəki Arjenter kəndinin yaxınlığındakı stansiyada yaşanmış yanğında restoranlar, dağ xizəkçiliyi üçün avadanlıq otaqları, lift stansiyası, xidmət bölmələri yanıb kül olub.

Yanğında tələfat olmayıb.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar