Millimizin üzvləri Millətlər Liqasının ən yaxşıları sırasında


İdman 12 Sen 2018 14:46:00 299 0

Millimizin üzvləri Millətlər Liqasının ən yaxşıları sırasında

UEFA Millətlər Liqasının ilk 2 turundan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adı məlum olub. Goal.az xəbər verir ki, “beşlik”də Azərbaycan millisinin iki üzvünün - Riçard Almeyda və Qara Qarayevin də adı var.

Almeyda Kosovo (0:0) və Malta ilə görüşlərdə (1:1) 150 dəqiqə ötürmə verib. Bu isə onun 2-ci pillədə yer almasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə 4-cü sırada qərarlaşıb. Siyahıya İspaniya millisinin müdafiəçisi Serxio Ramos başçılıq edir:

Serxio Ramos (İspaniya) - 204

Riçard Almeyda (Azərbaycan) - 150

Okay Yokuşlu (Türkiyə) - 148

Qara Qarayev (Azərbaycan) - 145

Çağlar Söyüncü (Türkiyə) - 145