Simeone: "Bir gün İnter-i çalışdıracam"


İdman 12 Sen 2018 14:28:00 237 0

Simeone: "Bir gün İnter-i çalışdıracam"

Atletico-nun baş məşqçisi Dieqo Simeone İspaniya mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, argentinalı mütəxəssis La Liqada əsas hədəflərinin 3-cü pillə olduğunu deyib:

“La Liqada bəlkə də, çempion ola bilərik. Bunun üçün Real və Barcelona uğursuz çıxış etməlidir. İlk hədəfimiz 3-cü yerdə olmaqdır”.

Neymar, Kilian Mbappe və Kriştiano Ronaldo haqda da danışan Simeone, bir gün İnter-də işləmək arzusunda olduğunu gizlətməyib.

“Mbappe və Neymar arasında seçim etməli olsam, Neymarı seçərəm. Çünki o, komanda üçün oynayır. Lakin Mbappe daha çox özü üçün oynamağa çalışır. Ronaldonun getməsiylə, Real-ın səviyyəsinə çatmışıq. İnter-də işləmək istəyərəm. Amma hazırda Atletico ilə müqaviləm var. Bir gün İnter-in “sükanı arxasında” olacam”.