Keyta: "Premyer Liqada oynamaq çox çətindir"


İdman 12 Sen 2018 14:09:00 282 0

Keyta: "Premyer Liqada oynamaq çox çətindir"

Liverpool-un yarımmüdafiəçisi Nəbi Keyta klubun rəsmi saytına müsahibə verib. Goal.az xəbər verir ki, gənc futbolçu İngiltərə Premyer Liqası barədə bunları deyib:

“Fikirləşirəm ki, Premyer Liqa ağır liqadır. Burda oynamaq çox çətindir. Yoldaşlarım mənə böyük dəstək verirlər, tez-tez bura gəlib mənə baş çəkirlər. Bura oynadığım digər liqalardan daha fərqlidir. Mən komanda oyunçusuyam. Həmişə klub haqda düşünürəm. “Liverpul”a kömək etmək üçün əlimdən gələn hər şeyi edəcəm”.

Liverpool Nəbi Keytanı Leipzig-dən 75 milyon avro qarşılığında transfer edib.