Azərbaycan əhalisinin sayı 9 943 226 nəfərə çatıb


Digərləri 12 Sen 2018 14:01:00 255 0

Azərbaycan əhalisinin sayı 9 943 226 nəfərə çatıb

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatıb.

Bakı. İlhamə İsabalayeva - Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 141 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9 943 226 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür. Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.