13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə...


Digərləri 12 Sen 2018 13:35:00 281 0

13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə...

Zorlamada təqsirli bilinən Salyan rayon sakini Samir Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Samir Babayev 1995-ci ildə Salyan rayonun Dayıkənd kəndində anadan olub. Sonradan Salyan rayonunun mərkəzinə köçüb, burada yataqxanada yaşamağa başlayıb. O, qonşusu, 2003-cü il təvəllüdlü Səmayə Qasımovanı zorlamaqda təqsirli bilinib.

Azyaşlını içəri saldı, qapını arxadan bağladı və...

Samir Babayev 2016-cı ildə Səmayə Qasımovanı oynamaq bəhanəsi ilə yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən yataqxananın ikinci mərtəbəsindəki mənzilə dəvət edib. O, Səmayəni içəri salandan sonra qapını arxadan bağlayıb.

Bundan sonra Samir Səmayəni qollarından tutub və ona zor tətbiq edib. O, qızı döşəmənin üzərinə uzadaraq soyundurub.

Zorakılıq

Samir zorakılıq göstərməklə qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Səmayə ağlayıb, ucadan qışqıraraq kömək çağırıb. Bu zaman Samir qapını açmağa məcbur qalıb. Qız paltarını geyinərək hadisə yerini tərk edib.

Balta və bıçaqla...

Daha sonra Samir qızı öldürməklə hədələyib. O, qıza balta və bıçaq göstərərək, baş verənləri danışacağı təqdirdə onu, habelə anası və atasını öldürəcəyini deyib. Qorxuya düşən qız olayı bir neçə il gizlədib.

Bundan sonra Samir yenidən qızla cinsi əlaqədə olmaq istəyib. Belə olduqda isə qız baş verənləri anasına danışmağa məcbur qalıb.