Jan-Klod Yunker: "Avropa İttifaqı beynəlxalq arenada müstəqil oyunçu olmalıdır"


Dünya 12 Sen 2018 12:59:47 252 0

Jan-Klod Yunker: "Avropa İttifaqı beynəlxalq arenada müstəqil oyunçu olmalıdır"

Aİ-nin xarici siyasətinin müəyyən məsələləri ilə bağlı təkliflər hazırlanır

"Avropa İttifaqının (Aİ) xarici siyasətinin müəyyən məsələləri ilə bağlı ixtisaslı çoxluğun qərarlar qəbul edə biləcəyi təkliflər hazırlayırıq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentində Avropa İttifaqının vəziyyəti ilə bağlı proqram çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, geosiyasi şərait nəzərə alınaraq, Aİ beynəlxalq arenada suveren, müstəqil oyunçu olmalıdır.

AK sədri Avropaİttifaqının müdafiə siyasətinə də diqqət ayrılmasının zəruriliyini vurğulayıb: "Aİ hərbiləşdirməyi planlaşdırmır, sadəcə, bu sahədə daha çox müstəqilliyə nail olmaq istəyir".