Ermənistana qoyulan xarici sərmayələrin həcmi xeyli azalıb


Dünya 12 Sen 2018 12:39:07 249 0

Ermənistana qoyulan xarici sərmayələrin həcmi xeyli azalıb

Səbəb ölkədəki vəziyyətin qeyri-müəyyənliyidir

Bakı. 12 sentyabr. REPORT.AZ / Ermənistan baş naziri Nikol Paşinyan xarici investisiyalar cəlb etmək üçün geniş imkanların olduğunu bildirsə də, mövcud statistik məlumatlar bunu təsdiqləmir.

“Report”un “Eurasianet”ə istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına əsasən, bu ilin ikinci rübündə, yəni yeni hökumətin ilk fəaliyyət dövründə ölkə iqtisadiyyatına qoyulan birbaşa sərmayələr ötən ilin müvafiq dövrünə nisbətən 43,5 faiz az olub.

Baş nazirin iqtisadi məsələlər üzrə müşaviri Artak Manukyanın sözlərinə görə, bu, ölkədəki vəziyyətin qeyri-müəyyənliyi ilə bağlıdır: “İndiki hökumətin müvəqqəti olmasını hamı dərk edir, ona görə də sərmayə qoyubrisqə getməkdən çəkinirlər”.