Milli Məclisdə ağac kəsilməsinə qarşı etiraz


Digərləri 12 Sen 2018 12:42:47 222 0

Milli Məclisdə ağac kəsilməsinə qarşı etiraz

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müzakirələr zamanı deputatlar qanunsuz ağac kəsilməsinə qarşı ciddi etirazlarını bildiriblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər.

O qeyd edib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.

Daha sonra deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif ediblər.