"Mübarizə" bədii filmin qalagecəsi keçiriləcək VİDEO FOTO


Kriminal 12 Sen 2018 12:40:00 333 0

"Mübarizə" bədii filmin qalagecəsi keçiriləcək  VİDEO  FOTO

Film Milli Qəhrəman Mübariz İbrahimova və xalqımızın igid oğullarına Qarabağın erməni işğalçılarından azad olunmasında həsr olunur

27 sentyabr Park Cinema Flame Towers-də "Mübarizə" bədii filmin qala-gecəsi keçiriləcək.

.

Filmin əsas süjet xətti Azərbaycan Respublikasının Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir.

Moskvada yaşayan və ticarətlə məşğul olan Həsən (qəhrəmanımızın qardaşı) erməni diasporası tərəfindən amansızcasına qətlə yetirilmiş və bədbəxt hadisə kimi qələmə verilmişdir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ötr basdır etdiyini düşünsələrdə, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasitəsi ilə çıxır və baş verən hadisəni araşdırmağa başlayır.

Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporası ilə üz-üzə qoyur. Əsl düşmənin kökü səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporasının olduğu üzə çıxır.

Qardaşının qətlini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri ifşa edir və qisas almaq qərarına gəlir. Bu yolda ona uşaqlıq dostu olan Həmzə kömək edir...

Film Bakı, Moskva, Nyu-York, Mayami, Paris və İstanbul şəhərlərində çəkilib.


Xəbərə aid fotolar