“Quska”nın həbs müddəti artırıldı


Digərləri 12 Sen 2018 12:13:09 202 0

“Quska”nın həbs müddəti artırıldı

Keçmiş deputat Hüseyn Abdullayevin həbs müddəti artırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı prokurorluğun verdiyi təqdimata Nəsimi Rayon Məhkəməsində baxılıb. 

Hakim təqdimatı təmin edərək H. Abdullayevin daha 3 ay həbsdə saxlanılmasına qərar verib. 

Rəsmi açıqlamaya görə, "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkədən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol" xətti ilə beynəlxalq axtarış elan olunub.