Napoli stadionlaq bağlı problemlə üzləşib


İdman 12 Sen 2018 11:50:00 279 0

Napoli stadionlaq bağlı problemlə üzləşib

UEFA Çempionlar Liqasında çıxış edən “Napoli” klubu ev oyunlarını başqa şəhərdə keçirmək istəyir. Goal.az xəbər verir ki, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis bununla bağlı Avropa futbol qurumuna müraciət edib. O, matçları Bari şəhərində 58248 nəfərlik San-Nikola stadionunda təşkil etmək niyyətində olduqlarını deyib: “Azarkeşlərin Bariyə gəlmələri üçün 1000 avtobusun xərcini çəkməyə hazırıq. UEFA-dan ev oyunlarımızı Baridə keçirməyi xahiş etdim. Neapoldakı stadion bərbaddır. Arena beynəlxalq görüşlərdə işimizi məhdudlaşdırır. Bu səbəbdən, şəxsi stadionumu inşa etdirəcəyəm. Bu, iki il çəkəcək”.

Qeyd edək ki, “Napoli” Fransanın PSJ, İngiltərənin “Liverpul” və Serbiyanın “Srvena Zvezda” komandaları ilə birgə C qrupunda yer alıb. Neapol təmsilçisi ev oyunlarını 60200 nəfərlik "San-Paolo" stadionunda keçirir.