Məktəb ləvazimatlarının qiymətində artım var VİDEO FOTO


Digərləri 12 Sen 2018 11:32:00 281 0

Məktəb ləvazimatlarının qiymətində artım var  VİDEO  FOTO

Sentyabra qədəm qoymaq həm də ailələrdə məktəb alış-verişinin başlanması deməkdir. Hər il bu ay valideynlər məktəbli övladları üçün ən keyfiyyətli və lazımlı ləvazimatları almağa çalışırlar. 

Təbii ki, qiymətlərin də bir o qədər münasib olmağına diqqət edirlər. Elə bu səbəbdən də artıq bir neçə gündür, paytaxtın müxtəlif yerlərində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məktəbli yarmarkaları təşkil olunub. 

Son.az xəbər verir ki, qafqazinfo Nərimanov ərazisində salınmış yarmarka çadırlarına baş çəkdik, qiymətlərlə maraqlanıb. Məlum oldu ki, ötən ilə nisbətən bu il qiymətlərdə artım var. Üstəlik, satıcı Taleh Quliyevin sözlərinə görə, əhalinin alıcılıq qabiliyyəti də xeyli aşağı düşübmüş:

"Ötən il bir uşağı 100 manata hazır etmək oldurdusa, bu il bu rəqəm 120-130 manata yüksəlib. Məsələn, ötən il 5.50 qəpiyə satılan rəngli karandaşlar bu il olub 6.40 qəpik (90 qəpiklik fərq). Mümkün qədər endirimlər də etməyə çalışırıq. Qiymətlər mağazalardan fərqlidir. Bizə şirkət nə qiymət deyirsə, onu qoyuruq". 

Bildirək ki, sözügedən yarmarkalar sentyabrın 25-dək fəaliyyət göstərəcək.


Xəbərə aid fotolar