Ölümdən dönən Peter Çex - "İnsanın həyatı ilə oynamaq nə deməkdir?"


İdman 12 Sen 2018 11:15:00 49 0

Ölümdən dönən Peter Çex - "İnsanın həyatı ilə oynamaq nə deməkdir?"

“Bu, biabırçılıqdır. Qapıçı agır vəziyyətdədir. Təcili yardım maşını isə yarım saatdır gəlib çıxmır. Buna nə ad vermək olar? Çex sərbəst yeriyə bilmir. Onu soyunub-geyinmə otağından əlil arabasında çıxarmalı olduq. Xəstəxanaya aparmaq lazımdır. Amma həkimlər yoxdur. Mənim qapıçım ölsə, İngiltərə futbolu faciə yaşayacaq. İnsanın həyatı ilə oynamaq nə deməkdir? Belə hallara son qoymaq lazımdır”. Joze Mourinyo əsəblərini cilovlaya bilmirdi. Baş məşqçi haqlı idi. Peter Çex ciddi şəkildə zədələnsə də, onu yarım saat sonra xəstəxanaya aparmaq mümkün olmuşdu.

Maurinyonu əsəbləşdirən bu hadisə 2006-cı ildə Reding Chelsea matçında yaşanmışdı. Oyun yenicə başlamışdı. 17-ci saniyədə Reding-in yarımmüdafiəçisi Stiven Xant özünü saxlaya bilmədi və dizi qapıçı Peter Cexin başına dəydi. İlk baxışdan adi vəziyyət idi. Futbolda belə hallara tez-tez rast gəlinir. Amma Çex yerindən qalxa bilmirdi. Hakim Mayk Rayli dərhal həkimləri meydana çağırdı. “Dərhal qərar qəbul etdim. Gözləmək olmazdı. Adətən, hakimlər futbolçunun ayağa qalxacağını gözləyirlər. Hiss etdim ki, Çex ciddi zədələnib. Ona təcili kömək lazım idi”, - deyə o matçdan sonra bildirmişdi. Pauza 4 dəqiqə davam etdi. Hakim qapıçıdan xahış etdi ki, meydandan çıxsın. Ona kənarda tibbi yardım göstərmək lazım idi. Hakim öz işini qaydalar çərçivəsində görmüşdü. Çex ağır vəziyyətdə idi. O, az qala sürünə-sürünə kənara çıxdı və yerə yıxıldı. Chelsea-nın həkimi Brayan İnqliş burada idi. Həkim olanları belə xatırlayır: “Qeyri–adi vəziyyət yaranmışdı. Bu təkcə güclü ağrı deyildi. Nəsə baş vermişdi. Çex xərəkdə uzanmışdı. Əlini qaldıraraq mənə nəsə demək istəyirdi. Anlaya bilmirdim. Ona təcili yardım göstərmək lazım idi. Meydandan özü çıxmışdı. Buna görə fikirləşirdim ki, ciddi bir şey yoxdur. Mən yanılırdım”.

Çexin əvəzinə meydana Karlo Kaduçini çıxdı. Zədəli qolkiperi xərəkdə soyunub-geyinmə otağına apardılar. İnqlişin köməkçisi təcili yardım maşınına zəng etdi. Həkim isə komandanın zədləli müdafiəçisi Paul Ferreyranın yanına qayıtdı. Həkim soyunma otağına gələndə təcili yardım gəlib çıxmamışdı. Burada olanlar Çexin zədəsinin adi beyin silkələnməsi olduğunu düşünərək təcili yardıma zəng etməmişdilər. Əsəbləşən İnqliş dərhal həkim briqadasını stadiona çağırdı. Ancaq briqada 27 dəqiqədən sonra gəlib çıxa bildi. Sonralar Chelsea həkimlərin gecikməsinə görə Reding komandasını qınayacaq. Amma klub təcili yardımın cəmi 24 dəqiqə yubandığını deyərək özünə bəraət qazanmağa çalışacaq. “Bizim günahımız yoxdur. Bizim briqada hər zaman Reding-in matçlarında hazır vəziyyətdə olur. Düzdür, hadisə yerinə gec gəldik. Amma Chelsea-dan bizə gec məlumat verilmişdi. Onlar nə olduğunu aydınlaşdırana qədər xeyli vaxt keçmişdi. Stadionda həkim briqadası hər zaman növbə çəkir. Həkimlər oyundan əvvəl qaydalarla tanış olurlar. Həmçinin komandaların nümayəndələrinə məlumat verilir. Chelsea-nın həkimi vaxtında bizə zəng etməmişdi. Əlaqə qurulsaydı stadiona daha tez çata bilərdik”, - deyə təcili yardım maşınının həkimi bildirəcək.

Ağır vəziyyətdə olan Peter Çexi əlil arabasında meydandan çıxarandan sonra xəstəxanaya apardılar. Rentgen müayinəsində bəlli oldu ki, qapıçının kəllə sümüyü sınıb. Sınan sümük 5 millimetr dərinliyində beyninə daxil olub. Qolkiperin vəziyyəti ürəkaçan deyildi. Həmin gün Çex Oksford şəhərindəki neyrocərrahiyə instituna köçürüldü. Əməliyat zamanı xeyli sayda sümük qırıntıları aşkar edildi. Həkimlər sınmayan sümükləri xüsusi metalla birləşdirərək onu qapıçının sol qulağından bir az yuxarıda yerləşdirdilər. Chelsea-nın qolkiperi xilas edildi. Həkimlər bu cür zədələrin ağır yol qəzası zamanı baş verdiyini deyirdilər. Peter ölə və ya əlil ola bilərdi.

Maraqlıdır ki, həmin oyunda Çexin əvəzinə meydana çıxan Kudiçini də sona qədər qapını qoruya bilmədi. Reding-in hücumçusu ilə toqquşan qolkiper huşunu itirdiyi üçün onu meydandan çıxarmalı oldular. Matçın qalan dəqiqələrində Chelsea-nın qapısını Con Terri qorudu. Bütün çətinliklərin öhdəsindən gələn “zadəganlar” bu oyunda minimal hesablı qələbə qazandı.

Çexi zədələyən Xant da özünü yaxşı hiss etmirdi. Futbolçu uzun zamandan sonra ilk dəfə əsas heyətdə meydana çıxmışdı. Bu oyun onun üçün vacib idi. Heyətdə möhkəmlənmək naminə əlindən gələni etməyə çalışan müdafiəçinin bəxti gətirməmişdi. Başı gicəllənirdi. Onu əvəzləmək istəsələr də, razı olmadı və sonadək meydanda qaldı. Chelsea-nın fanatları bu futbolçuya nifrətlə baxır, onu fitə basırdılar. Onlar Xantı “qatil” adlandırmaqdan belə, çəkinmirdilər. Futbolçuya üzr istəmək imkanı verilmirdi. Amma deyəsən Xant üzr istəmək fikrində deyildi: “Özümü günahkar saymıram. Təəssüf doğuracaq hərəkət etməmişəm. Şübhəsiz, belə bir hadisənin olmasını istəməzdim. Ancaq nə etmək olar. Adi oyun vəziyyəti idi. Futbolda belə şeylər hər an baş berə bilər. Mən xəstəxanada olan Peterlə əlaqə saxladım. Tezliklə sağalmasını arzuladım. Etiraf edim ki, onun bu qədər ciddi zədələndiyini bilmirdim. Məşqçimiz zəng edərək olanları mənə bildirdi. Sağaldıqdan sonra tez-tez görüşürdük. Çex əsil centlmendir”.

Baş verənlərdən sonra London klubunun futbolçuları da Xantın üzərinə gedirdi. Komandanın aparıcı üzvlərindən olan Didye Droqba hadisəni belə qiymətləndirmişdi: “Nağıl danışmayın. Bu, təsadüf deyildi. Xant Çexin üzərinə gedirdi. Toqquşma olacağını bilirdi. Qol insan həyatından qiymətli ola bilməz. Məni təccüləndirən Xantın bu hadisəyə biganə yanaşması oldu. Çex yerdə ağrıdan əzab çəkəndə, Xant kənarda dayanmışdı. Hətta deyəsən gülümsəyirdi. Çoxları Chelsea-nı sevmir. Bizə qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Söhbət burada insan həyatından gedir. Gənc bir qapıçı həyatını itirə bilərdi. Belə şeyləri düşünmək lazımdır”.

Chelsea-nın əsas qapıçısı 3 ay yaşıl meydandan uzaq qalmalı oldu. İlk vaxtlar onu əzabverici baş ağrıları incidirdi. Bəzən hərəkət edə bilmirdi. Belə anlarda kiminsə köməyinə ehtiyac duyurdu. Dərmanlar kömək edirdi. Lakin əksər hallarda Peter dərmanların təsirini hiss etmirdi. Qapıçı televizora cəmi 5 dəqiqə vaxt ayıra bilirdi. Onun sağlamlığının keşiyində nevroloq və neyropsixoloq dayanırdı. Bu həkimlər demək olar ki, bir an onun yanından çəkilmirdi. Qapıçıya Chelsea-nın fanatları, komanda yoldaşları tez-tez baş çəkirdilər. Premyer liqanın digər klublarından da məktub alırdı. Çex bütün məktubları oxuyur, səliqə ilə büküb bir tərəfə yığırdı. Stolun üstündə böyük bir məktub topası əmələ gəlmişdi.

İlk günlər həkimlərlə mübahisə edir, onları günahlandırırdı. Tezliklə yaşıl meydana qayıtmaq arzusu onu rahat buraxmırdı. Amma məsələnin ciddiliyini başa düşəndən sonra sakitləşdi. Həkimlərdən başqa, Peterə Adidas şirkətinin ərzaq məsələsi üzrə baş direktoru Frenk Vayql yardım edirdi. Çexin hazırda başına geydiyi qoruyucu papaq məhz Vayqlın təşəbbüsü ilə hazırlanıb.

3 aydan sonra Çex ilk məşqlərə başladı. Çox tez yorulurdu. Səhərlər yerindən güclə qalxırdı. Amma yenə də məşq etməyə çalışırdı. 2007-ci ilin yanvarında ilk oyuna çıxdı. Chelsea həmin oyunda Liverpool-a 0:2 hesabı ilə məğlub oldu. Çex qoruyucu papağa alışa bilmirdi: “Elə bil başımda lazımsız bir şey var. Özümü rahat hiss edə bilmirəm. Həm də pis eşidirəm. Çünki şlem qulaqlarımı tam örtüb. Amma buna məcburam. Həkimlər şlemi çıxarmağı qadağan ediblər. İnsanlar elə düşünürlər ki, mən qorxudan şlem geyirəm. Boş söhbətdir. Həkimim mənə başa salıb. Beyin zədəsinin nə olduğunu bilirəm. İnsanlar isə mənim nələr çəkdiyimi hiss etmirlər. Ona görə də, danışırlar”.

Bir müddət sonra qolkiper şlemə alışdı. Hazırda 36 yaşı olan Peter Çex dünya futbolunun ən yaxşı qapıçılarından biri sayılır. İndi onu şlemsiz təsəvvür etmək olmur. Çex əvvəlki kimi cəsarətli oynayır. Adama elə gəlir ki, bu qapıçı zədə üzündən 3 ay əziyyət çəkən adam deyil. Həmin əziyyətli anları, ciddi zədəni yalnız Çexin başındakı şlem xatırladır.

İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək like
  • 12 Sen 11:14  
Digərləri İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək

Sentyabrın 13-də İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik et

arrow Ətraflı
MSKnın sədr müavini işdən çıxıb  FOTO like
  • 12 Sen 11:14  
Digərləri MSKnın sədr müavini işdən çıxıb FOTO

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmə

arrow Ətraflı
Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır like
  • 12 Sen 11:12  
Digərləri Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır

Bu gün Minskdə "Gələcək naminə tərəfdaşlıq: media məkanı üçü

arrow Ətraflı
Türkiyənin kurort zonasında güclü zəlzələ like
  • 12 Sen 11:11  
Dünya Türkiyənin kurort zonasında güclü zəlzələ

Türkiyənin kurort zonasında güclü zəlzələ baş verib.

arrow Ətraflı
"Məktəbdaxili qiymətləndirmə sahəsində xeyli işlər görülməlidir" like
  • 12 Sen 11:10  
Digərləri "Məktəbdaxili qiymətləndirmə sahəsində xeyli işlər görülməlidir"

Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tend

arrow Ətraflı
Cazibədar müğənni bikinili FOTOsuyla yayla "sağollaşdı" like
  • 12 Sen 11:09  
Digərləri Cazibədar müğənni bikinili FOTOsuyla yayla "sağollaşdı"

Türkiyənin tanınmış müğənnisi Ebru Polat Instagram fotosu ilə gündəm

arrow Ətraflı
Dövlət Gömrük Komitəsi 8 ayda 6155 qanun pozuntusu aşkar edib like
  • 12 Sen 11:08  
Digərləri Dövlət Gömrük Komitəsi 8 ayda 6155 qanun pozuntusu aşkar edib

Dövlət Gömrük Komitəsi 8 ayda 6155 qanun pozuntusu aşkar edib.

arrow Ətraflı
“AzSığorta” Brkandul kəndində keçirilən xeyriyyə aksiyasında iştirak edib (FOTO) like
  • 12 Sen 11:08  
Digərləri “AzSığorta” Brkandul kəndində keçirilən xeyriyyə aksiyasında iştirak edib (FOTO)

Azərbaycanın aparıcı şirkətlərindən olan “AzSığorta” yeni tədris

arrow Ətraflı
Bakıda bal yarmarkasının keçiriləcəyi məkan dəyişdirildi like
  • 12 Sen 11:05  
Digərləri Bakıda bal yarmarkasının keçiriləcəyi məkan dəyişdirildi

Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı

arrow Ətraflı
Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır like
  • 12 Sen 11:00  
Digərləri Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır

Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır.

arrow Ətraflı
"Run Group"dan daha bir möhtəşəm layihə (FOTO/VİDEO) like
  • 12 Sen 11:00  
Digərləri "Run Group"dan daha bir möhtəşəm layihə (FOTO/VİDEO)

Şirkətin növbəti layihəsi Göygöldə nişasta zavodunun inşası ilə bağ

arrow Ətraflı
İtaliya millisində 20 ildən sonra ilk like
  • 12 Sen 10:56  
İdman İtaliya millisində 20 ildən sonra ilk

İtaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turund

arrow Ətraflı
BANMda xanım tələbələrin sayı artır  STATİSTİKA like
  • 12 Sen 10:55  
Digərləri BANMda xanım tələbələrin sayı artır STATİSTİKA

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xan

arrow Ətraflı