“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb


Digərləri 12 Sen 2018 11:32:00 248 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İSO 9001:2015 Beynəlxalq standartının Keyfiyyəti idarəetmə sistemi üzrə Sertifikatlaşdırma işlərinə dair xidmətlərin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İSO 9001:2015 Beynəlxalq standartının Keyfiyyəti idarəetmə sistemi üzrə Sertifikatlaşdırma işlərinə dair xidmətlərin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 25 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 27 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 28 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.