Paşinyan: “Koçaryan və Sarqsyan mənimsədikləri pulları könüllü olaraq dövlətə qaytarmalıdır”


Dünya 12 Sen 2018 11:27:00 273 0

Paşinyan: “Koçaryan və Sarqsyan mənimsədikləri pulları könüllü olaraq dövlətə qaytarmalıdır”

Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyətdə olduqları zaman topladıqları pulları könüllü olaraq dövlətə qaytarmalarını təklif edirəm.

Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan "Mənim addımım" mitinqində bildirib.

Hökumət başçısı deyib ki, R.Koçaryan və S.Sarqsyan böyük var-dövlətə sahibidirlər: "Onların həmin pulları dövlətə qaytarmalarını təklif edirəm. O zaman biz meydana toplaşıb, həmin var-dövlətin taleyini həll edərik".

Onun sözlərinə görə, Serj Sarqsyanın qardaşı Aleksandr (Saşik) Sarqsyanın banklarda 30 milyon dollar pulu var: "Ona bu pulları dövlətə qaytarmağa təklif edirəm".