Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində


Dünya 12 Sen 2018 10:48:00 272 0

Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində

Dünyada izafi çəki, tosqunluq və gombulluq problemi sürətlə artır. Belə ki, hazırda Yer kürəsindəki insanlar arasında hər 8 nəfərdən birində izafi çəki, yaxud piylənmə problemi var.

Son.az bildirir ki, BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (International Fund for Agricultural Developmen, İFAD), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization, FAO), Uşaq Fondunun (UNİCEF), Ümumdünya Ərzaq Proqramının (World Food Programme, WFP) və Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) hazırladıqları birgə hesabatda belə deyilir.

İzafi çəki və piylənmə problemi Şimali Amerika və Avropada daha ciddidir. Bununla belə, Afrika və Asiya ölkələrində də insanlar arasında izafi çəkililərin sayının artması təmayülü var.

Avropa ölkələrində əhalinin piylənmə və izafi çəki "əmsal"ının orta statistik göstəricisi 23 faizdir.


Xəbərə aid fotolar