Uçuş zamanı yatan pilot sərnişinləri şoka saldı FOTO


Dünya 12 Sen 2018 11:18:00 238 0

Uçuş zamanı yatan pilot sərnişinləri şoka saldı  FOTO

"United Airlines" şirkətinə məxsus təyyarənin sərnişinləri pilotun adi geyimdə biznes-klassda yatdığını görüb və şoka düşüblər. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Daily Mail" məlumat yayıb. 

Laynerin komandiri Nyuarkdan (ABŞ) Qlazqoya (Şotlandiya) yeddi saatlıq uçuş həyata keçirən zaman yatmaq qərarına gəlib. Sərnişinlərdən biri pilotun şəklini çəkib. Şəkildə görünür ki, pilot adi geyimdə yatıb, onun forması isə yanındadır. 

"O, yuxudan oyandı, uniformasını geyindi və pilot kabinəsinə daxil oldu", - kişi deyib. 


Xəbərə aid foto