Məleykə Abbaszadə: Mək­təb­daxili qiymət­lən­dirmənin isla­hatların tendensiyasına uyğun qurulması üçün xeyli işlər görülməlidir


Digərləri 12 Sen 2018 11:12:00 228 0

Məleykə Abbaszadə: Mək­təb­daxili qiymət­lən­dirmənin isla­hatların tendensiyasına uyğun qurulması üçün xeyli işlər görülməlidir

Mək­təb­daxili qiymət­lən­dirmənin üsul və vasitələrinin isla­hatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir.

Bakı. İlhamə İsabalayeva - Mək­təb­daxili qiymət­lən­dirmənin üsul və vasitələrinin isla­hatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qiy­mət­ləndirməyə ciddi elmi-metodiki prin­siplərə əsaslanan, özünə­məx­sus stan­dartları, formaları, üsulları, vasitələri və bunların reallaş­dırılmasına aid prosedur­ları olan bir sistem kimi yanaşmaq la­zımdır: "Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviy­yəsinə qoyu­lan dövlət tələbi­dir. Odur ki, yeni təhsil proqramları (kuri­ku­lum) əsasında məktəb dərs­lik­lərini və me­to­diki vəsaitləri hazırlayan mütə­xəs­sislər bu kimi məsə­lələrin həlli üzərində çox ciddi işləməlidirlər. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşı­sında yeni tələblər qoyur".