Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə yeni müavin təyin olunub
Sosial 12 Sen 2018 11:01:00 294 0
Oqtay Şirəliyev əmr imzalayıb
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə yeni müavintəyin olunub.
“Report” xəbər verir ki, bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Murad Mirzəzadə təyin edilib.
Faktı “Report”a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, M.Mirzəzadənin əmri sentyabr ayının 5-də verilib. Bu vəzifə indiyədək vakant olub.
Xatırladaq ki, Murad Mirzəzadə bundan əvvəl Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Operativ və hospital işləri üzrə müavini vəzifəsində çalışıb. Hazırda onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Nelli Veyisova özərizəsi ilə işdən çıxan Elmira Əliyevanın yerinə təyinat alıb.
Mənbə: report.az