“AzSığorta” Brkandul kəndində keçirilən xeyriyyə aksiyasında iştirak edib (FOTO)


Digərləri 12 Sen 2018 11:08:00 257 0

“AzSığorta” Brkandul kəndində keçirilən xeyriyyə aksiyasında iştirak edib (FOTO)

Azərbaycanın aparıcı şirkətlərindən olan “AzSığorta” yeni tədris ili ərəfəsində aztəminatlı ailələrin uşaqlarını məktəb ləvazimatları ilə təmin edilməsinə dəstək olub.

Bakı. Azərbaycanın aparıcı şirkətlərindən olan “AzSığorta” yeni tədris ili ərəfəsində aztəminatlı ailələrin uşaqlarını məktəb ləvazimatları ilə təmin edilməsinə dəstək olub. Bununla əlaqədar olaraq şirkətin əməkdaşları “Bir təbəssüm Bir ümid” layihəsi çərçivəsində sentyabrın 10-da Lerik rayonunun Brkandul kəndinə səfər ediblər. Şirkətin əməkdaşları məktəblilərə müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və hər bir məktəblinin ehtiyacı olan digər ləvazimatlar təqdim ediblər. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına yardım etməkdir.