BANMda xanım tələbələrin sayı artır STATİSTİKA


Digərləri 12 Sen 2018 10:55:00 271 0

BANMda xanım tələbələrin sayı artır  STATİSTİKA

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get-gedə artır.

BANM-dan Son.az-a verilən məlumata görə, Ali Məktəbin fəaliyyətə başladığı 2012-ci ildə BANM-a 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57 olub.

Cari tədris ilindən "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan Ali Məktəb, yeni ixtisasla da xanımlarım marağını çəkə bilib.

Belə ki, bu il ilk dəfə tədris olunacağına baxmayaraq "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə tədris alacaq 24 tələbənin 10 nəfəri xanımdır. Bu il BANM-da tədris alacaq 3 nəfər 700 ballı xanım tələbənin 2-si - Əsra Bayramova və Şəkər Qədirlinin də seçimi elə bu ixtisas olub.