Maradonadan etiraf: "15 il əvvəl..."


İdman 12 Sen 2018 10:38:00 241 0

Maradonadan etiraf: "15 il əvvəl..."

Meksikanın “Dorados” klubu ilə anlaşan Dieqo Maradona yeni təyinatı haqda danışıb.

Goal.az xəbər verir ki, o, Dubayda olduğu kimi, yeni klubunda da bütün gücünü və vaxtını işinə sərf edəcəyini bildirib:

“Biz bura istirahətə gəlməmişik. Dubayda olduğu kimi, gərgin iş rejimində çalışacağıq. Mənimlə çalışan insanlar təsdiqləyə bilər ki, işimə necə ciddi yanaşıram. Belarusa yollanmağa yaxın olsam da, anladım ki, orada çox qala bilmərəm”.

Dünya futbolunun canlı əfsanəsi sağlamlığı haqda sualı belə cavablandırıb: 

“15 il əvvəl narkotiki tərgitdim və özümə söz verdim ki, bir daha heç vaxt bu cür işlərlə məşğul olmayacağam”.