Bu gün iPhoneun yeni modelləri təqdim olunacaq


Digərləri 12 Sen 2018 10:19:00 295 0

Bu gün iPhoneun yeni modelləri təqdim olunacaq

Dünyanın ən bahalı şirkəti olan "Apple" hər il olduğu kimi bu gün Kaliforniyada yeni məhsullarını təqdim edəcək. Təqdimat saat 10-da Steve Jobs Theatre-da baş tutacaq.

Son.az xəbər verir ki, bu gün 3 yeni iPhone modeli, 4-cü seriya iWatch və iPad Pro təqdim olunacaq.

iPhone-un yeni modelləri XS, XC və XS Max adlanır. Onlar ekran ölçülərinə və qiymətlərinə görə fərqlənirlər.

İlkin versiyalara görə, qiymətlər 800 dollardan başlayıb, 1300 dollara qədər bahalaşır.


Xəbərə aid fotolar