Pentaqon: "ABŞ Türkiyənin Suriya ilə sərhəddə gördüyü tədbirlərə hörmətlə yanaşır"


Dünya 12 Sen 2018 09:52:00 235 0

Pentaqon: "ABŞ Türkiyənin Suriya ilə sərhəddə gördüyü tədbirlərə hörmətlə yanaşır"

ABŞ Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi üçün gördüyü tədbirlərə hörmətlə yanaşır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pahon deyib.

Bununla belə, E.Pahon Türkiyə Silahlı Qüvvələrinin Mənbicə girməsinin müzakirə mövzusu olmadığını bildirib.

Türkiyənin Suriyanın İdlib bölgəsinin sakinlərini qorumaq üçün bura "Azad Suriya Ordusu"ndan 20 min nəfəri göndərməyə hazırlaşması ilə bağlı məlumatlara da münasibət bildirən Pentaqon sözçüsü vurğulayıb: "Türkiyənin öz cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün atacağı addımlara hörmətlə yanaşırıq".