BANM-da xanım tələbələrin sayı artır – STATİSTİKA


Digərləri 12 Sen 2018 09:52:38 253 0

BANM-da xanım tələbələrin sayı artır – STATİSTİKA

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get gedə artır.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get gedə artır. BANM-dan Trend-ə verilən məlumata görə, Ali Məktəbin fəaliyyətə başladığı 2012-ci ildə BANM-a 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57 olub. Cari tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan Ali Məktəb, yeni ixtisasla da xanımlarım marağını çəkə bilib.